Tovuz rayonunun yaşayış məntəqələri toplardan atəşə tutulur

© Sputnik / Ilham MustafayevПовреждения в жилом доме, пострадавшем в результате обстрела в селе Дондар Гушчу Товузского района Азербайджана
Повреждения в жилом доме, пострадавшем в результате обстрела в селе Дондар Гушчу Товузского района Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Atəşə tutulan yaşayış məntəqələri arasında sözügedən rayonun Aşağı Quşçu və Dondar Quşçu kəndləri də var.

BAKI, 14 iyul — Sputnik. Cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

"Bu gün saat 19.30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun yaşayış məntəqələrini və bölmələrimizin mövqelərini iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə yenidən intensiv atəşə tutmağa başlayıb" - polkovnik deyib.

Atəşə tutulan yaşayış məntəqələri arasında rayonun Aşağı Quşçu və Dondar Quşçu kəndləri də var.

Xəbər lenti
0