Məşhur tibbi mərkəzə yeni direktor təyin olunub

© Sputnik / Nigar IskanderovaKliniki Tibbi Mərkəz
Kliniki Tibbi Mərkəz - Sputnik Azərbaycan
Abunə olmaq
Tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edilib.

BAKI, 14 iyul — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin direktoru Dadaşov Ədalət İmamcan oğlu öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Bu barədə TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Belə ki, TƏBİB-in İdarə Heyəti sədrinin digər müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edilib.

 

 

Xəbər lenti
0