Avropalı məmur: "BMT-nin Azərbaycanla bağlı qətnamələri yerinə yetirilməlidir"

© Official website of President of Azerbaijan RepublicФлаги Азербайджана и Италии в Риме, фото из архива
Флаги Азербайджана и Италии в Риме, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan və Azərbaycan sərhədində bu saatlarda davam edən şiddətli silahlı qarşıdurmalar 90-cı illərdə minlərlə insanın ölümünə səbəb olmuş dəhşətli münaqişənin yenidən alovlanmasına gətirib çıxara bilər

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. "Ermənistan və Azərbaycan sərhədi boyunca baş verən silahlı qarşıdurmalar atəşkəs rejiminin pozulması ilə bağlı narahatlıq, eyni zamanda qarşısı alına biləcək insan itkiləri kədər doğurur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu İtaliya Respublikasının Nazirlər Şurasının Parlamentlə Əlaqələr üzrə dövlət katibi, 5 Ulduz Hərəkatı partiyasından olan senator Canluka Kastaldi deyib.

Dövlət katibi bildirib ki, İtaliya Konstitusiyasında da təsbit olunduğu kimi İtaliya üçün beynəlxalq münaqişələrin yeganə həlli yolu diplomatik yoldur: "Dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməli, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri yerinə yetirilməli, danışıqlar hər zaman hərbi əməliyyatlardan üstün tutulmalıdır".

İtaliya Senatının "İrəli İtaliya" partiyasından olan üzvü, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini, senator Maria Rizzotti isə bildirib ki, Ermənistan və Azərbaycan sərhədində bu saatlarda davam edən şiddətli silahlı qarşıdurmalar 90-cı illərdə minlərlə insanın ölümünə səbəb olmuş dəhşətli münaqişənin yenidən alovlanmasına gətirib çıxara bilər.

Senator Rizzotti qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması təxribatdır və bunu qəti şəkildə pisləyirik. Senator əlavə edib ki, beynəlxalq ictimaiyyət sonu görünməyən bu müharibənin dayandırılması və sülh danışıqlarının bərpa olunması üçün bütün səylərini səfərbər etməli və İtaliya hökuməti onilliklərdir bu müharibəyə cəlb olunmuş xalqların müdafiəsi üçün tədbirlər görməlidir:

"Ümid edirik ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələri və suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə riayət ediləcəkdir".

Qeyd olunmalıdır ki, dünən Senatın Xarici əlaqələr daimi komissiyasının sədri, senator Vito Petroçelli, İtaliyanın ATƏT Parlament Assambleyası yanında nümayəndə heyətinin sədri və Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədr müavini, deputat Paolo Qrimoldi, eləcə də İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Stefano Luçidi və İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldi də bəyanat verərək Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatlarını və Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələrinin yerinə yetirilməsinin vacibliyini bildiriblər.

Xəbər lenti
0