Azərbaycan Müdafiə Nazirliyinin xəbərində deyilir ki, Ermənistan Silahlı Qüvvələrinin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib.
Qarşı tərəf itkilərini gizlətməklə ictimaiyyəti aldatmağa davam edir.