İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu, giziri Vüqar Lətif oğlu Sadıqov dəfn olunub.
Ağstafa rayon sakini, 1987-cı il təvəllüdlü Vüqar Lətif oğlu Sadıqovun doğulduğu Göyçə kəndində torpağa tapşırılıb. Mərasimdə şəhidin yaxınları, komandirləri, döyüş yoldaşları, Ağstafa rayon icra hakimiyyətinin başçısı və nümayəndələri, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin rayon sakinləri iştirak ediblər. Şəhidimizin 3 uşağı qalıb.
Sputnik Azərbaycan düşmən təxribatı nəticəsində həlak olan hərbçimizin dəfn mərasimindən çəkilən fotoları təqdim edir.