BAKI, 13 iyul – Sputnik. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu sosial şəbəkədəki hesabında Azərbaycanla bağlı paylaşım edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, XİN rəhbəri “Twitter”dəki hesabında Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirildiyi videoçarx paylaşıb.
Mövlud Çavuşoğlu paylaşımda “Can Azərbaycana canımız fəda”, - deyə qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Türkiyə XİN-i bəyanatla çıxış edərək, Ermənistanla münaqişədə bütün imkanları ilə Azərbaycanın yanında olduğunu bildirmişdi.