CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bizi onlar xilas edəcək! Kubalı həkimləri koronavirusla mübarizə üçün Bakıya gəldilər

© Photo : AZALKubadan gələn tibb işçiləri
Kubadan gələn tibb işçiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Kubadan gələn peşəkar həkimlər Azərbaycan həkimləri ilə birgə pandemiyaya qarşı mübarizə tədbirlərində iştirak edəcəklər

BAKI, 13 iyul — Sputnik. İyulun 13-ü Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Havanadan (Kuba) Bakıya xüsusi reys yerinə yetirdi. Bu barədə Sputnik Azərbaycan-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə təşkil olunan bu reyslə ölkəmizə koronavirus infeksiyasına qarşı mübarizə aparmaq üçün 115 mütəxəssisdən ibarət həkim qrupu gətirilib.

Kubadan gələn peşəkar həkimlər Azərbaycan həkimləri ilə birgə pandemiyaya qarşı mübarizə tədbirlərində iştirak edəcəklər.

Qeyd edək ki, bu uçuş "Azərbaycan Hava Yolları" aviaşirkətinin tarixində Bakı-Havana-Bakı marşrutu üzrə başqa məntəqələrdə enmə icra edilmədən həyata keçirilən ilk birbaşa uçuşdur. Uçuş genişfüzelyajlı "Boeing 787" tipli təyyarə vasitəsilə həyata keçirilib. Uçuşun müddəti 13 saat, Azərbaycan və Kuba paytaxtları arasındakı məsafə 11880 km təşkil edib.

Xəbər lenti
0