CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğlunun hərbi xidmətdən qayıtmasını bayram edən şəxs cərimə edildi

© AR Ministry of Internal AffairsSaxlanılanlar
Saxlanılanlar - Sputnik Azərbaycan
Abunə olmaq
Məclisin təşkilatçısı və həmin vaxt orada iştirak edən 12 şəxs barəsində karantin qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

BAKI, 13 iyul — Sputnik. Quba və Xaçmazda karantin qaydalarını pozaraq məclis təşkil edən şəxslər cərimələniblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinib Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, ölkədə elan edilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Növdün kənd sakini Bəhruz Nəğdəliyev oğlunun hərbi xidmətdən qayıtması münasibəti ilə həyətində məclis təşkil etdiyi müəyyən edilib.

© AR Ministry of Internal AffairsKarantin qaydalarını pozan şəxslər
Oğlunun hərbi xidmətdən qayıtmasını bayram edən şəxs cərimə edildi - Sputnik Azərbaycan
Karantin qaydalarını pozan şəxslər

Polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb. Məclisin təşkilatçısı və həmin vaxt orada iştirak edən 12 şəxs barəsində karantin qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

© AR Ministry of Internal AffairsKarantin qaydalarını pozan şəxslər
Oğlunun hərbi xidmətdən qayıtmasını bayram edən şəxs cərimə edildi - Sputnik Azərbaycan
Karantin qaydalarını pozan şəxslər

Analoji qayda pozuntusunun qarşısı Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən də alınıb. Belə ki, bölmə əməkdaşları şəhər ərazisində xidmət aparan zaman şəhər sakini Malik Mirzəyevin hərbi xidmətdən qayıdan oğlu üçün məclis təşkil etdiyini aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən M.Mirzəyev tərəfindən təşkil olunan məclis dayandırılıb. Ev sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Xəbər lenti
0