CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rayonlara yenə leysanla dolu yağacaq, Bakıda isti olacaq

© pixabay / Free-PhotosLeysan
Leysan - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,  dolu düşəcəyi gözlənilir

BAKI, 12 iyul — Sputnik. Sabah Azərbaycanda gözlənilən hava durumu ilə bağlı proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26,  gündüz  29-34, Bakıda  gecə 23-25, gündüz  31-33 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,  dolu düşəcəyi gözlənilir.  Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 20-25, gündüz  31-36, dağlarda gecə 11-16, gündüz  17-22 dərəcə  isti olacaq.

Xəbər lenti
0