CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azacıq yağış istədik, sel sularına qərq olduq - VİDEO - FOTO

© Sputnik / Ilham MustafayevSelin fesadları
Selin fesadları - Sputnik Azərbaycan
Abunə olmaq
FHN Gəncə Regional Mərkəzinin əməkdaşları gün ərzində ərazilərdə evlərin zirzəmilərinə dolan suyun çəkilməsi istiqamətində iş aparıblar. Lakin gecə saatlarında yenidən yağmağa başlayan güclü yağış işin gedişatına maneə törədib

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 12 iyul — Sputnik. Gəncədə ötən gündən başlayan yağıntılı hava şəraiti bir sıra fəsadlar törədib.

Sputnik Azərbaycan bildirir ki, şəhərin Məhsəti qəsəbəsi və Gülüstan yaşayış massivində yağış suları evlərin zirzəmisinə dolub və həyətləri su basıb. Yaranmış problemin həlli istiqamətində Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları gün ərzində sözügedən ərazilərdə evlərin zirzəmilərinə dolan suyun çəkilməsi istiqamətində iş aparıblar. Lakin gecə saatlarında yenidən yağmağa başlayan güclü yağış işin gedişatına maneə törədib. Buna baxmayaraq yaranmış problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Aidiyyatı qurumlar tərəfindən sakinlərə dəymiş ziyan hesablanır.

© Sputnik / Ilham Mustafayev
Selin fəsadları - Sputnik Azərbaycan
1/4
Selin fəsadları
© Sputnik / Ilham Mustafayev
Selin fəsadları - Sputnik Azərbaycan
2/4
Selin fəsadları
© Sputnik / Ilham Mustafayev
Selin fəsadları - Sputnik Azərbaycan
3/4
Selin fəsadları
© Sputnik / Ilham Mustafayev
Selin fəsadları - Sputnik Azərbaycan
4/4
Selin fəsadları
1/4
Selin fəsadları
2/4
Selin fəsadları
3/4
Selin fəsadları
4/4
Selin fəsadları

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən gecə səhərədək ölkə ərazisində bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. düşən yağışın miqdarı Kişçayda (Şəki ) 51, Şəmkirdə 30, Sarıbaşda (Qax) 24, Mingəçevirdə 18, Zərdabda 12, Gəncədə 11, Daşkəsəndə 8, Tovuzda 7, Şəkidə 6, Şamaxıda 5, Ceyrançöl, Göy-göl, Zaqatala, Yevlax, Qazımməmməd, Lerikdə 4, Tərtər, Bərdə, Naftalan, Mərəzə, Qubada 3, Qrız, Ağstafa, Ordubad, Göyçay, Sabirabadda 2,  Kürdəmir, Xınalıq, Şahdağ, Gədəbəy, Qəbələ, Qusar, Xaltan, Bakıda 1 mm olub.

İyulun 11-i saat 18:20-19:47 radələrində Daşkəsən rayonu ərazisində yerləşən Dəstəfurçayın Qaraqollar və Əyriçayın Başdaşağıl məntəqələrindən leysan yağış nəticəsində sel keçib.

Havanın temperaturu iqlim normasından 1 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-32, aran rayonlarında 31-36, dağlıq rayonlarda 16-19, Naxçıvan MR-da 30-34 dərəcə isti olub.

Xəbər lenti
0