BAKI, 12 iyul — Sputnik, Kəmalə Əliyeva. Rusiyalı, koreyalı və azərbaycnlı üç gəncin Moskvadakı Qızıl Meydanda rus xalq rəqsini ifa etməsi sosial şəbəkə izləyiciləri tərəfindən müsbət qarşılanıb.
Sputnik Azərbaycan bildirir ki, Artyom Xvan, Elvin Bağırov və Yelizaveta Lukaşova “Amma mən İvanı sevirəm” xalq mahnısının sədaları altında rəqs ediblər.
Посмотреть эту публикацию в InstagramХотели русский народны вот вам ♥️🐺💪🏽 @artemkhvan ♥️ @luckashyowa ♥️ #dance #russia
“Rus qız azərbaycanlı və koreyalıya rəqs eləmək öyrədir”, - çarxı müşayiət edən yazıda qeyd olunur.
Şəbəkə istifadəçiləri rəqqasları tərifləyərək qeyd ediblər ki, onlar xalqlar dostluğunun möhkəmlənməsinə xidmət edirlər.
Qeyd edək ki, bu, rəqqasların ilk birgə layihəsi deyil. Onlar artıq uzun illərdir rəqslə məşğul olurlar və sosial şəbəkələrdə müntəzəm olaraq belə rəqs nömrələrini paylaşırlar.