Aya Sofiya ilə bağlı narahatlıqlar: freskaların taleyi necə olacaq?

© AFP 2024 / OZAN KOSEСобор Святой Софии в Стамбуле, фото из архива
Собор Святой Софии в Стамбуле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tarixi qravüra və  fotoşəkillərdə Osmanlı imperiyasının zamanında da həmin freskaların üzərinin açıq olduğu və bunun ibadət edənlər üçün heç bir narahatlıq doğurmadığı məlumdur

BAKI, 12 iyul — Sputnik. İstanbuldakı Aya Sofiya məbədinə pullu girişin və muzey statusunun ləğv edilərək müsəlmanlar üçün ibadətə açılması bir sıra narahatlıqlara yol açıb. Bunlar arasında məbəddəki qədimi freskaların üstünün örtülüb-örtülməyəcəyi barədə sual da var.

Sputnik Türkiyə xəbər verir ki, “Hürriyet” qəzetinin müxbiri Ömer Erbil bununla bağlı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin yetkiləri ilə söhbət edib.

Собор Святой Софии (Константинополь), фото из архтва - Sputnik Azərbaycan
İstanbuldakı tarixi kilsəyə rəsmən məscid statusu verilib

Məlumata görə, Aya Sofiyanın idarə olunması Dini İşlər Nazirliyinə həvalə edilib. Ancaq tarixi abidənin mülkiyyəti Baş Vəqflər İdarəsində qalır. Sonuncu isə Mədəniyyət və Turizm Nazirliyinə tabedir. Bundan sonra binanın idarəçiliyi barədə məsələlər bu iki qurum arasında həll edilərək, layihə prezident aparatına təqdim ediləcək.

Aya Sofiya ibadətə açıldıqdan sonra giriş üçün pul ödənilməsi aradan qaldırıldığından ziyarətçilərin sayının daha da artacağı gözlənilir. Ancaq yuxarı mərtəbənin hələ də pullu olacağı nəzərdə tutulur. Həmçinin əcnəbi turistlər əvvəlcədən növbə tutmalı olacaqlar. 

Hazırda məbəddə restavrasiya işləri davam edir. Üstəlik, bir neçə bərpa planı da icra olunacağı günü gözləyir. Mədəniyyət Nazirliyi bu binadan tamamilə çıxsa belə, işlərə nəzdindəki Baş Vəqflər İdarəsinin vasitəsilə nəzarət edəcək.

Aya Sofiyadakı restavrasiya işləri 1993-cü ildən bəri Elmi Komitənin razılığı ilə aparılır. Professorlar Zeynep Ahunbay, Mustafa Erdik, Nevzat İlhan və Selçuk Mülayimin yer aldığı komitə binanın gərəkli hissələrində bərpa işlərinə dair layihələri dəyərləndirərək işləri nəzarətdə saxlayır. Nazirlik 1500 illik tarixə malik abidənin  daim restavrasiyaya ehtiyacı olduğunu və buna elmi yanaşmanın vacibliyini vurğulayır. Bu səbəbdən hansı idarəçiliyin seçilməsindən asılı olmayaraq Elmi Komitənin dəyişməyəcəyi və məsələnin hökumətin diqqətinə çatdırılacağı qeyd olunub.

Namaz qılınan hissələrdə insan surətlərinin olmazı caiz olmadığından freskalarının üstünə pərdə çəkilməsi və ya işıq effektləri ilə üzərinin bağlanması təklif edilir. Tarixi qravüra və  fotoşəkillərdə Osmanlı imperiyasının zamanında da həmin freskaların üzərinin açıq olduğu və bunun ibadət edənlər üçün heç bir narahatlıq doğurmadığı məlumdur. Bu səbəbdən hazırda da freskaların üzərinin ümumiyyətlə heç bir vasitəylə qapadılmaması təklifini irəli sürürlər. Onların üzərinin suvanmasına gəlincə isə yetkililər belə bir vasitəni qətiyyətlə rədd ediblər.

 

Xəbər lenti
0