BAKI, 11 iyul — Sputnik. Koronavirusa yoluxan ARB24 televiziyasının baş redaktor müavini Aynur Nəsriova sağalıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Aynur Nəsirova özü məlumat verib. O, “Facebook” hesabında bildirib ki, koronavirus test nəticəsi neqativ çıxıb və artıq evə buraxılıb: "Xəstəxana dövrü bitdi". Bundan sonra isə 14 günlük karantin rejimində olacaq.
Qeyd edək ki, Aynur Nəsirova həm də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimidir.