BAKI, 11 iyul — Sputnik, Kəmalə Əliyeva. Rusiyalı bəstəkar, müğənni və prodüser Maksim Fadeyev Azərbaycanın xalq artisti Emin Ağalarov üçün mahnı yazıb. Mahnının adı qeyri-adidir – "MMM".
Bu barədə Ağalarov "Instagram" səhifəsində məlumat verib və ümidvar olduğunu bildirib ki, kompozisiya onun pərəstişkarlarının xoşuna gələcək.
"Mahnımızın çoxdan gözlənilən relizi. Maksim, mənim üçün etdiyin hər şeyə görə sənə təşəkkür etməkdən yorulmayacağam. Bu cür ruh və emosiyalar ilə. Və bu da sənin növbəti şah əsərindir. Çox sağ ol, müəllimim", - Ağalarov yazıb.
Maksim Fadeyev Azərbaycanın xalq artistinin bir çox hitlərinin, o cümlədən "Azərbaycan", "Gəl bir-birimizi tapaq" kimi mahnıların müəllifidir.
Ağalarov "World Music Awards", "Azərbaycandan Ən Yaxşı İfaçı", "Qızıl Qrammofon", "MUZ-TV Mükafatı" və s. kimi beynəlxalq mükafatların laureatıdır. O, dünyanın müxtəlif ölkələrində konsertlərlə çıxış edir. Müğənninin musiqi xəzinəsində doqquz ingilis dilli albom, "Warner Music" və "Sony ATV Music Publishing" aparıcı musiqi şirkətləri ilə müqavilələr var.