CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır - Rəsmi

© Sputnik / Elvin AhmadАвтобусы в Баку, фото из архива
Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Goranboy, Göygöl və Abşeronda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb

 

BAKI, 10 iyul — Sputnik. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu məhdudlaşma aşağıdakı tarixlərə şamil ediləcək:

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

Xatırladaq ki, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Goranboy, Göygöl şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.

Xəbər lenti
0