Su həyatdır. Qlobal istiləşmə dövründə bu ifadə daha da aktuallaşır və hətta ölkələrin su təhlükəsizliyi məsələsi ön plana çıxır.
Azərbaycan, təəssüf ki, həmişə su çatışmazlığından əziyyət çəkən ölkələr sırasındadır.
Ölkəmizdə səth sularının yalnız 30%-i respublikanın ərazisində formalaşır. Nəzərə alsaq ki, ölkənin əsas çayları olan Kür və Araz qonşu Ermənistanla Gürcüstanın ərazisində çirkləndirilir, Azərbaycan üçün su ehtiyatlarının qorunub saxlanması məsələsi daha da aktual olur.
Öz xüsusi infoqrafikasında Sputnik Azərbaycan ölkənin su resurslarından bəhs edir.