BAKI, 10 iyul — Sputnik. Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində də yolxuma halları müşahidə edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, 12 saylı cəzaçəkmə müəssisəndə 11 məhkum, 14 saylı cəzaçəkmə müəssisəsində 5 məhkum, 4 saylı cəzaçəkmə müəssisəsində 2 məhkumda testin nəticələri müsbət çıxıb.
Hikmət Hacıyev eyni zamanda bildirib ki Azərbaycanın Əfqanıstanda olan sülhməramlılarından bir nəfərdə yoluxma halı müəyyən edilib və dərhal karantinə alınıb: "Onun Azərbaycana gətirilməsi təmin olunub".
Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın səfirliklərinin əməkdaşları arasında da yoluxma halları qeydə alınıb: "Bundan əlavə, onların ailə üzvlərindən də yoluxanlar var. Buna baxmayaraq Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri fəaliyyətini davam etdirir".