BAKI, 9 iyul — Sputnik. Kanadanın Ontario əyalətinin Kombermer kəndinin yaşlı sakini kassirin səhvi sayəsində zənginləşib.
Sputnik Azərbaycan "CTV News Ottava" portalına istinadən xəbər verir ki, 82 yaşlı Maykl Batt (Michael Butt) mağazada "Lotto 6/49" lotereya biletini xahiş edib, lakin satıcı səhfən "Lotto Max" biletini çap edib.
Nəticədə, bu səhv alıcıya bir milyon Kanada dolları (1,2 milyon manat) qazandırıb. Kişi uduş haqqında xəbər tutandan sonra kassirə xırda pul mükafatı da verib.
Lotereyanın nümayəndələri bildiriblər ki, 1980-ci illərin sonlarında Battın qardaşı 3,5 milyon Kanada dolları (cari məzənnə ilə 4,4 milyon manat) qazanıb.
Maykl Batt qazandığı pul mükafatını nəyə xərcləyəcəyini deməyib.
Bundan əvvəl ABŞ-ın Şimali Karolina ştatının Qoldsboro şəhər sakini də satıcının səhvi sayəsində lotereyada böyük pul qazanıb. Alıcıya səhv bileti veriblər.