BAKI, 10 iyul — Sputnik. Sabah "ASAN Xidmət"də qeyri-iş günüdür. Sputnik Azərbaycan xəbər verir ki, virusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində 11, 12, 18, 19 iyul tarixlərində Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, Gəncə, Masallı, Sumqayıt, Mingəçevir, Bərdə, Şəki regional “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
Bu səbəbdən həmin tarixlər üçün növbənin əldə olunması mümkün olmayacaq.