BAKI, 10 iyul — Sputnik. Azərbaycanda bu gün koronavirusa yoluxma sayı 526 nəfər təşkil edib. 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib: "Ölkəmizdə 22 990 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 14 093 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib. 8605 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir".
Посмотреть эту публикацию в Instagram
Qeyd edək ki, brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva, Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov jurnalistlərin suallarını cavablandırır.