CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis İsmayıllıda istirahət mərkəzlərinin sahiblərinə xəbərdarlıq edib

© Sputnik / Murad OrujovВоеннослужащий внутренних войск на одной из улиц в Баку, фото из архива
Военнослужащий внутренних войск на одной из улиц в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Polis əməkdaşları rayon ərazisində yerləşən istirahət mərkəzlərinə baş çəkib, həmin obyektlərin sahibləri ilə maarifləndirici söhbətlər aparıblar

BAKI, 9 iyul — Sputnik. İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarının təmin olunması məqsədilə rayon ərazisində tədbirləri davam etdirirlər.

Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində yerləşən istirahət mərkəzlərinə baş çəkib, həmin obyektlərin sahibləri ilə maarifləndirici söhbətlər aparıblar. Operativ Qərargahın tələb və tövsiyələrinə istirahət mərkəzlərində də ciddi riayət edilməsinin vacibliyi həmin sahibkarların diqqətinə çatdırılıb. İnsanların bir yerə toplaşmasının qarşısının alınması, qapalı məkanlarda tibbi maskalardan istifadə edilməsi, eləcə də digər sosial izolyasiya qaydalarının təmin olunmasının zəruriliyi onlara bildirilib.

Xəbər lenti
0