Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neft bu dəfə geriyə getdi: Azərbaycan "qaraqızılı" da ucuzlaşıb

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidНефтяной станок-качалка
Нефтяной станок-качалка  - Sputnik Azərbaycan
Abunə olmaq
"Brent" markalı neftin qiyməti 0,82 dollar geriləyərək 42,47 dollar, "Light" markalı neftin qiyməti isə 1,14 dollar ucuzlaşaraq 39,76 dollar olub

BAKI, 9 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,31 dollar ucuzlaşaraq 44,15 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,82 dollar geriləyərək 42,47 dollar, "Light" markalı neftin qiyməti isə 1,14 dollar ucuzlaşaraq 39,76 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xəbər lenti
0