“Pandemiyanın iqtisadiyyata vurduğu zərərin ölçülməsi ilə bağlı həm dünyada, həm də Azərbaycanda müxtəlif təhlillər aparılır. Bu ilin 5 ayı ərzində xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə görülən məhdudlaşdırıcı tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı itki ilə üzləşib, ümumi daxili məhsul 1,7 faiz azalıb”. Sputnik Azərbaycan xəbər verir ki, bunu AzərTAC-a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
“Bu o deməkdir ki, iqtisadiyyatda zərərlə üzləşmiş bir çox sahələrdə yeni dəstək mexanizmlərinin tətbiqinə zərurət yaranıb. Ümumi yanaşma postpandemiya dövründə sürətli inkişaf mərhələsinə keçməkdir. İndiki halda sahibkara verilən kreditlərin elektron sistem üzərindən qurulması, onlayn kreditlərin verilməsi yaranmış iqtisadi şəraitin reallığıdır. Kredit resurslarının əlçatan olması Azərbaycan dövlətinin hər zaman ciddi əhəmiyyət verdiyi mühüm məsələlərdən olub. Dövlət bu istiqamətdə indiyədək 2 milyard manatdan çox vəsait xərcləyib”.
Tahir Mirkişilinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz