Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Turizm bölgəsində baş verən yanğın söndürülüb

© Sputnik / Ilham AhmadovQəbələdə
Qəbələdə - Sputnik Azərbaycan
Abunə olmaq
Qəbələdə Tikanlı kəndi yaxınlığında "Şahdağ" Milli Parkın ərazisində baş vermiş yanğın artıq söndürülüb.

BAKI, 8 iyul — Sputnik. Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında "Şahdağ" Milli Parkın ərazisində 4 ha sahədə kol-kos, quru ot və ağac qırıntıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın saat 19:00 dəqiqədə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

© Sputnik / Ilham AhmadovQəbələdə Tikanlı kəndi yaxınlığında "Şahdağ" Milli Parkın ərazisində yanğın
Turizm bölgəsində baş verən yanğın söndürülüb - Sputnik Azərbaycan
Qəbələdə Tikanlı kəndi yaxınlığında "Şahdağ" Milli Parkın ərazisində yanğın

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Xəbər lenti
0