İranda koronavirus qurbanların sayı 12 mini keçdi

© AFP 2024 / DIEGO CARTAGENAЗахоронение человека скончавшийся от COVİD-19, фото из архива
Захоронение человека скончавшийся от COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Son 24 saat ərzində koronavirusa 2691 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 248379-a çatıb

BAKI, 8 iyul — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2691 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari bildirib.

Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan
Vaksin yarışı: Çin ikinci koronavirus peyvəndini hazır etməyə tələsir

"Son 24 saat ərzində koronavirusa 2691 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 248379-a çatıb. Bir gün ərzində 153 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 12084-ə çatıb", - deyə məlumatda bildirilib.

O, həmçinin qeyd edib ki, virusa yoluxan 248379 şəxsdən 209453 nəfəri sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 11,8 milyonu keçib, 546 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0