CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiya dövründə zəhərlənmələrin sayı açıqlandı

© AP Photo / Petr David JosekБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Maqsudov bildirib ki, bu dövrdə tüstüdən zəhərlənmə ilə 7 məsləhətalma xarakterli müraciət daxil olub.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 iyul — Sputnik. "Pandemiya dövründə, martdan etibarən gürzə ilanı sancması ilə bağlı zəhərlənmələrin sayı 42 olub ki, bunlardan da 8-i uşaq olub". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında baş toksikoloq Azər Maqsudov deyib.

O bildirib ki, bu dövrdə tüstüdən zəhərlənmə ilə 7 məsləhətalma xarakterli müraciət daxil olub. Bundan başqa dərman zəhərlənməsi ilə bağlı da müraciətlər olub: "14 dərman zəhərlənməsi faktı qeydə alınıb ki, onlardan da 4-ü uşaq olub. Sirkə zəhərlənməsi ilə bağlı olaraq isə 5 müraciət daxil olub. Metil spirtindən isə bir ölüm faktı qeydə alınıb".

Xəbər lenti
0