BAKI, 7 iyul — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2549 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari bildirib.
"Son 24 saat ərzində koronavirusa 2549 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 245688-ə çatıb. Bir gün ərzində 200 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 11931-ə çatıb", - deyə məlumatda bildirilib.
O həmçinin qeyd edib ki, virusa yoluxan 245688 şəxsdən 207000 nəfəri sağalıb.
Daha əvvəl İranda ölüm sayına görə anti-rekord iyulun 29-u qeydə alınıb. Belə ki, həmin vaxt qonşu ölkədə 162 nəfər virusdan ölmüşdü.
Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 11,6 milyonu keçib, 693 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.