CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki yüz əlli azərbaycanlı sərhədi keçdi: iki rayonda yoxlamadadırlar

© AFP 2024 / GUILLERMO ARIAS Колючая проволока возле пограничного заграждения, фото из архива
 Колючая проволока возле пограничного заграждения, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar arasında onkoloji və digər xroniki xəstəliklər aşkar olunarsa, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriləcəklər

Leyla Abdullayeva,  Sputnik  Azərbaycan

BAKI, 7 iyul — Sputnik. Bu gün  Rusiyada yaşayan bir çox vətəndaşlarımızın üzü gülüb. Belə ki, Rusiya tərəfdə qalan 250 nəfər soydaşımız doğma vətəninə gətirilib.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, iki ölkə arasındakı razılaşmaya əsasən, Qusar rayonunun Rusiya-Azərbaycan sərhədində yerləşən Samur buraxılış məntəqəsindən keçən soydaşlarımız Xaçmaz və Qusar rayon mərkəzlərinə aparılıblar.

Onları TƏBİB-in Qusar və Xaçmaz rayon xəstəxanalarının Publik Hüquqi Şəxslərin baş direktorları Mübariz Zeynalov və Səyyaf Tağıyev qarşılayıblar. Baş həkimlər soydaşlarımız üçün lazımi tədbirlərin görülməsi tapşırığı veriblər. Qusar rayon Mərkəzi Xəstəxanasının tibbi personalı vətəndaşlarımızdan koronavirus analizləri götürüblər. Onlar arasında onkoloji və digər xroniki xəstəliklər aşkar olunarsa, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriləcəklər. Digərləri isə FHN-in Samux buraxılış məntəqəsində karantinə götürüləcəklər.

Xəbər lenti
0