Dünyanın ən uzunömürlü siam əkizləri öldü

© AFP 2023 / JEWEL SAMADКарета скорой помощи и полицейские автомобили в США, фото из архива
Карета скорой помощи и полицейские автомобили в США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ronni və Donninin həyatından bəhs edən qardaşları Cim: "Onlar uzun bir yol keçdilər və tamamilə xoşbəxt idilər"

BAKI, 7 iyul — Sputnik. ABŞ-ın Ohayo ştatında siam əkizləri Ronni (Ronnie) və Donni Qalyon (Donnie Galyon) vəfat ediblər. Onlar rekord dərəcədə uzun ömür sürüblər. Bu barədə yerli televiziya kanalının saytında məlumat verilib.

Ronni və Donni 28 oktyabr 1951-ci ildə anadan olublar,  iyulun 4-də 68 yaşlarında təbii səbəblərdən ölüblər. 2014-cü ildə qardaşlar tarixin ən yaşlı siam əkizləri kimi tanınıblar. Onlar dünya rekordunu qıranda Ronni etiraf etmişdi ki, bu, Donni ilə onun həmişə xəyal etdiyi şeydir.

Əkizlər bel nahiyəsindən böyüyüblər, onların mədə-bağırsaq traktının aşağı hissəsi və cinsiyyət orqanı ümumi, ürəyi, mədəsi, əlləri və ayaqları isə ayrı olub.

Siam əkizlərinin doqquz qardaş-bacısı olub. Ronni və Donni kiçik yaşlarından etibarən tibbi məsrəflərini qarşılamaq üçün karnaval nümayişlərində iştirak ediblər. Onlar 1991-ci ildə təqaüdə çıxıblar və 2010-cu ilə - sağlamlıq problemləri başlayana qədər tək yaşayıblar. Sonra qardaşları Cim və onun həyat yoldaşının yanına köçmək məcburiyyətində qalıblar. Yüzlərlə könüllü Cimə evini tikməyə kömək ediblər ki, yaşlanmaqda olan qardaşlar orada rahat yaşaya bilsinlər.

Ronni və Donninin həyatından bəhs edən Cim deyib: "Onlar uzun bir yol keçdilər və tamamilə xoşbəxt idilər".

Əvvəllər cərrahiyyə əməliyyatı yolu ilə ayrılmaqdan imtina edən digər siam əkizləri Karmen və Lupita televiziya verilişinə qatılmış və hər kəsin heyranlığına səbəb olmuşdular. Qızların müsbət əhval-ruhiyyəsi tamaşaçıları ilhamlandırmışdı. Bu verilişdən sonra Twitter istifadəçiləri siam əkizlərinə təriflər yağdırmışdılar.

Xəbər lenti
0