CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın bu bölgəsi koronavirusdan qurtuldu?

© Sputnik / StringerNaxçıvan şəhəri
Naxçıvan şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Son məlumatlardakı rəqəmlər Bakıda yoluxma hallarının yenidən artdığını göstərir. Azərbaycandakı koronaviruslu xəstələrin 1,3 faizi isə ölkə xaricində yoluxanlardır.

BAKI, 7 iyul — Sputnik. Naxçıvan Muxtar Respublikasında yeni yoluxma qeydə alınmayıb. Sputnik Azərbaycan bu barədə koronavirusinfo.az saytına istinadən bildirir.

Son məlumatlardakı rəqəmlər Bakıda yoluxma hallarının yenidən artdığını göstərir. Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 53,4 faiz təşkil edirdisə, hazırda bu, 55,1 faizdir. Sonrakı yerlərdə 16,3 faizlə Abşeron, 8,4 faizlə Gəncə-Qazax, 7,5 faizlə Aran, 5,8 faizlə Lənkəran, 1,6 faizi Quba-Xaçmaz, 1,4 faizi Şəki-Zaqatala, 1,2 faizi Dağlıq Şirvan 1,1 faizi Yuxarı Qarabağ qərarlaşıb. Bildirilib ki, Azərbaycandakı koronaviruslu xəstələrin 1,3 faizi ölkə xaricində yoluxanlardır.

 

Xəbər lenti
0