Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sonun başlanğıcı – Koronavirus vaksininin vurulduğu könüllülər ilk dəfə danışdılar

© © REUTERS / Dado Ruvic / Illustration / File PhotoВакцина от коронавируса, фото из архива
Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün könüllülər daimi olaraq tibbi işçilərinin nəzarəti altındadırlar: onlar gündəlik olaraq sorğu-sual edilir, təzyiqləri, nəbzləri, temperaturu ölçülür, preparatın vurulduğu yer yoxlanılır.

BAKI, 7 iyul — Sputnik. Rusiya Müdafiə Nazirliyinin Qameli adına Epidemiologiya və Mikrobiologiya Milli Araşdırma Mərkəzi ilə birgə koronavirus əleyhinə peyvəndi sınaqdan keçirdiyi ikinci qrupun vəziyyəti sabit, yaxşıdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bütün könüllülər daimi olaraq tibbi işçilərinin nəzarəti altındadır: onlar gündəlik olaraq sorğu-sual edilir, təzyiqləri, nəbzləri, temperaturu ölçülür, preparatın vurulduğu yer yoxlanılır. Lazımı sınaqlar protokoluna uyğun olaraq bütün laboratoriya və instrumental tədqiqatların spektri həyata keçirilir.

Könüllülər özlərini yaxşı hiss edirlər. Belə ki, müqavilə ilə xidmət edən hərbçi İvan bəyan edib ki, hazırda özünü yaxşı hiss edir, lakin vaksinin vurulduğu ilk gündə onun orqanizmində dəyişikliklərin olmaması onu narahat edirdi.

Коробки с экспресс-тестами на коронавирус, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Nəhayət, xoş xəbərlər də gəlir: Vaksin sınağında iştirak edənlərin vəziyyəti açıqlanıb

Digər könüllü isə, Sevastopoldan olan hərbi həkim Stanislov öz vəziyyətini əla olaraq dəyərləndirib: "Temperatur normaldır, şikayət üçün heç bir səbəb yoxdur. Əhvalım yaxşıdır və hər gün daha da yaxşılaşır. Çünki mən anlayıram ki, öz sevimli həyat yoldaşım və uşaqlarımın yanına qayıdacağam".

Sınaqların daha bir iştirakçısı etiraf edib ki, "yorulub", lakin vurğulayıb ki, bunda "qorxulu heç nə yoxdur": "İynədən sonra heç yerim ağrımır, nə temperaturum var idi, nə də təzyiqim qalxdı. Hər şey yaxşı idi. Mən çox təccüblənmişdim və buna sevindim. Sınaqlardan iki həftə keçəndən sonra da mənim vəziyyətim çox yaxşıdır və heç nə ilə fərqlənmir".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda, demək olar ki, bütün dünyanı əhatə edən virusa yoluxanların sayı 11,6 milyonu keçib, 538 mindən çox adam isə virus səbəbilə ölüb.

Rusiyada indiyədək 686 mindən çox insan koronavirusa yoluxub, 10,2 nəfər isə virusun səbəb olduğu COVID-19 xəstəliyindən dünyasını dəyişib.

Xəbər lenti
0