Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Nəhayət, xoş xəbərlər də gəlir: Vaksin sınağında iştirak edənlərin vəziyyəti açıqlanıb

© AFP 2024 / LUIS ROBAYOКоробки с экспресс-тестами на коронавирус, фото из архива
Коробки с экспресс-тестами на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Vaksin ilk könüllü qrupuna iyunun 18-də verilib. Klinik araşdırmaların iyulun sonuna qədər tamamlanması planlaşdırılır.

BAKI, 29 iyun — Sputnik. Rusiyanın COVID-19 əleyhinə vaksininin sınaqlarında iştirak edən könüllülərin sağlamlığında fəsadlar aşkar edilməyib.

Sputnik Azərbaycan "Krasnaya Zvezda" qəzetinə istinadən xəbər verir ki, vaksinin tətbiqindən sonra hər hansı bir xoşagəlməz hadisə qeyd olunmayıb.

Президент США Дональд Трамп в эфире телеканала Fox News - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tramp: “Koronavirus əleyhinə vaksin ilin sonuna qədər hazır olacaq”

"Biz COVID-19 koronavirusu əleyhinə peyvənd verilmiş birinci və ikinci qrup könüllülərinin tibbi müayinəsini müntəzəm olaraq həyata keçiririk. Onların səhhəti yaxşıdır, heç bir aktiv şikayət yoxdur. Temperatur, qan təzyiqi, nəbz, tənəffüs dərəcəsi norma daxilindədir", - Burdenko adına hospitalın filialının anestezioloq-reanimatoloqu Oleq Çixlyayev bildirib.

Onun sözlərinə görə, gələcəkdə könüllülərdən qanın ümumi klinik və biokimyəvi analizləri alınacaq, həmçinin koronavirusa qarşı immunitetin mövcudluğu yoxlanılacaq.

Təcrübənin iki iştirakçısı vaksinasiyadan sonra sağlamlıq vəziyyətlərinin dəyişmədiyini bildirib.

Vaksin ilk könüllü qrupuna iyunun 18-də verilib. Beş gündən sonra eksperimentin əlavə 20 iştirakçısına da vaksin verilib.

Klinik araşdırmaların iyulun sonuna qədər tamamlanması planlaşdırılır.

Cons Hopkins Universitetinin son məlumatlarına görə, dünyada koronavirusa 10063319 nəfər yoluxub, onlardan 500108 xəstə ölüb.

Martın ortalarında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasını elan edib.

Xəbər lenti
0