Koronavirus zarafat sevmir: xəstəliyi vecinə almayan prezident yoluxdu

© REUTERS / ADRIANO MACHADOЖаир Болсонару
Жаир Болсонару - Sputnik Azərbaycan
Abunə olmaq
Siyasətçi bu yaxınlarda hərarətinin 38 olduğunu, MRT-nin isə ciyərlərində heç bir problem göstərmədiyini söyləmişdi

BAKI, 7 iyul — Sputnik. Braziliya Prezidenti Jair Bolsonaru bildirib ki, koronavirusa yoluxub.

Sputnik Azərbaycan-ın məlumatına görə, dövlət başçısı G1 dövlət portalına: “COVID-19 üçün testim müsbət nəticə verdi”, - deyib.

Xəstəliyin əlamətləri barədə Bolsonaru bu günlərdə xəbər vermişdi. Siyasətçi hərarətinin 38 olduğunu, MRT-nin isə ciyərlərində heç bir problem göstərmədiyini söyləmişdi.

Braziliya lideri pandemiya başlayandan ona etinasız yanaşması ilə diqqət çəkirdi. O, küçəyə maskasız və əlcəksiz çıxır, tərəfdaşları ilə heç bir sosial məsafə saxlamadan ünsiyyət qurur, onlarla şəkil çəkdirirdi.

ÜST-ün məlumatına görə, indiyədək dünyada 11,5 milyondan çox insan koronavirusa yoluxub, yarım milyondan çox isə virusun səbəb olduğu COVID-19 xəstəliyindən dünyasını dəyişib.

 

Xəbər lenti
0