İstifadəyə yararsızdır - Məşhur şirkət 2,2 milyon avtomobilini geri çağırır

CC0 / carlos4916 / volvoVolvo “V90” markalı maşın
Volvo “V90” markalı maşın - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobillərdə yaranmış problem ön oturacaqların təhlükəsizlik kəmərləri ilə birləşmiş polad trosla bağlıdır.

BAKI, 6 iyul – Sputnik. Çinin “Geely” şirkətinə məxsus İsveçin “Volvo Cars” avtomobil konserni bütün ölkələrdən təxminən 2,2 milyon avtomobilin geri çağırıldığını açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, yaranmış problem ön oturacaqların təhlükəsizlik kəmərləri ilə birləşmiş polad trosla bağlıdır.

Bu tros müəyyən şəraitdə zamanla yırtılır və boşalır ki, bu da təhlükəsizlik kəmərinin qoruyucu funksiyasını azaldır.

Nasaz komponentin yenisi ilə əvəzlənməsi üçün bütün ölkələrdən 2,2 mln. avtomobil geri çağırılacaq. 2016-cı ildən 2019-cu ilədək istehsal olunmuş həmin avtomobillər “Volvo”-nun S60, V60, XC60, V70, XC70 və S80 modellərinə aiddir.

Xəbər lenti
0