CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanun hamı üçün deyilmi? İki min nəfər o cür fikirləşmir

© Sputnik / Murad OrujovСотрудник дорожной полиции проверяет разрешение водителя для выходы на улицу
Сотрудник дорожной полиции проверяет разрешение водителя для выходы на улицу - Sputnik Azərbaycan
Abunə olmaq
Epidemiya əleyhinə rejimi pozan respublika üzrə 11 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin 1-i inzibati həbs, 10 nəfər isə inzibati cərimə edilib

BAKI, 6 iyul — Sputnik. Həftənin bazar günü xüsusi karantin rejimini pozduqlarına görə 4 nəfər inzibati qaydada həbs edilib, 2294 nəfər inzibati cərimə olunub.

Bakı, Alov Qüllələri qürub çağı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Karantin zamanı kef çəkə bilmədi, jurnalistləri təhqir etdi - VİDEO

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, koronavirusla mübarizə çərçivəsində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilib.

İyulun 5-də həyata keçirilən nəzarət tədbirləri ilə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 11 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin 1-i inzibati həbs, 10 nəfər isə inzibati cərimə edilib.

Ümumilikdə ötən gün ərzində respublika üzrə xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər inzibati həbs edilib, 2294 nəfər inzibati cərimə olunub ki, onlardan da 548 nəfəri tibbi maskadan istifadə etməyənlərdir.

Bir daha vətəndaşlarımızdan Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə qeyd-şərtsiz riayət etməyi tələb edirik.

Xəbər lenti
0