CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcazəsi ləğv edilənlər nə etməlidirlər?

© Sputnik / Ilham MustafayevAğstafada polis əməkdaşı sürücünün xüsusi rejim zamanı fəaliyyət göstərməsinə icazə verən sənədi yoxlayır
Ağstafada polis əməkdaşı sürücünün xüsusi rejim zamanı fəaliyyət göstərməsinə icazə verən sənədi yoxlayır - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadiyyat Nazirliyindən bildirilib ki, icazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallar üzrə hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

BAKI, 6 iyul – Sputnik. “icazə.e-gov.az” portalı vasitəsi ilə 453 min 781 işçi sayına icazə alınıb. Bəzi şəxslər isə iyul 5-nə qədər icazələri olsa da, bu dəfə icazə ala bilməyiblər, onların müraciəti qəbul edilməyib.

Женщина регистрируется на сайте icaze.e-gov.az - Sputnik Azərbaycan
CƏMİYYƏT
Elektron icazə sistemində nə baş verir? – Biri problem var deyir, o biri yoxdur

Sputnik Azərbaycan-ın məlumatına görə, növbəti həftə ərzində işə çıxacaq əməkdaşlar barədə məlumatlar işəgötürənlər tərəfindən əvvəlcədən portala daxil olunub.

İcazə sistemindən sui-istifadə hallarının qarşısının alınması məqsədilə bir sıra vətəndaşların icazəsi ləğv olunub. Bunlar icazə verilən sahələrə aid olmayan fiziki şəxslər, habelə işçi heyətinin məhdud şəkildə iş çıxarılmasına olan tələbləri pozan şəxslərdir.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, icazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallar üzrə hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

İqtisadiyyat Nazirliyinə müraciət üçün elektron müraciət formasından və ya "195-2" çağrı mərkəzindən istifadə edə bilərsiz.

Xəbər lenti
0