İtaliyalı bəstəkar və dirijor, dünyaca məşhur Ennio Marikone bu gün, 91 yaşında dünyasını dəyişib. Bəstəkar bir neçə gün öncə yıxılıb və bud sümüyünü sındırıb. Romada klinikaya yerləşdirilən bəstəkarın vəziyyəti sonradan pisləşib.
Qeyd edək ki, Ennio Morrikone 10 noyabr 1928-ci ildə Romada, peşəkar caz trubaçalan Mario Morrikone və evdar xanim Libera Ridolfinin ailəsində anadan olmuşdur.
Ailədə 5 uşaqdan böyüyü o idi. Morrikone 9 yaşı olanda Romada Müqəddəs Çeçiliya konservatoriyasına daxil olmuşdu. Bu konservatoriyada o, ümumilikdə 11 il təhsil almış və 3 diploma yiyələnmişdi - 1946-cı ildə truba sinfi üzrə,1952-ci ildə orkestr (fanfar) sinfi üzrə və 1953-cü ildə isə bəstəkarlıq sinfi üzrə.
Morrikonenin 16 yaşı olduqda, o, əvvəl atasının ifa etdiyi, Alberto Flamininin ansamblında ikinci truba yerini aldı. Ennio ansamblla birlikdə pul qazanmaq üçün Romanın gecə klublarında və otellərində ifa edirdi. Bir il sonra Morrikone teatra düzəldi.
Burada o, bir il musiqiçi kimi, daha sonra üç il bəstəkar kimi fəaliyyət göstərdi. 1950-ci ildə o, radio üçün tanınmış bəstəkarların mahnılarını aranjman etməyə başladı. Radio və konsertlər üçün musiqi düzəlişləri ilə Morrikone 1960-cı ilə qədər məşğul oldu, bundan sonra teleşoular üçün musiqi aranjman etməyə başladı.
O, altı dəfə "Oskar" mükafatına namizəd olub, 2007-ci ildə isə kinematoqrafa verdiyi töhfələrə görə bu mükafata yiyələnib.
Sputnik Azərbaycan dahi Ennio Marikoneni müxtəlif illərdə çəkilmiş şəkilləri ilə yad edir.