Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dünya ən gözəl musiqiçisini itirdi

© AP Photo / Michael SohnКомпозитор и дирижер Эннио Морриконе, фото из архива
Композитор и дирижер Эннио Морриконе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Uzun karyerası ərzində E.Marikone İtaliya, İspaniya, Fransa, Almaniya, Rusiya, ABŞ istehsalı olan 400-dən çox film və teleseriallara musiqi bəstələyib. Bunların arasında "Sprut" serialı, "Bir dəfə Amerikada", "Zalım, pis, yaxşı" filmləri və s. adını çəkmək olar

BAKI, 6 iyul — Sputnik. İtaliyalı bəstəkar və dirijor, dünyaca məşhur Ennio Marikone bu gün, 91 yaşında dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə la Repubblica qəzeti yazır. Məlumata görə, bəstəkar bir neçə gün öncə yıxılıb və bud sümüyünü sındırıb. Romada klinikaya yerləşdirilən bəstəkarın vəziyyəti sonradan pisləşib. Bəstəkarın dostu və vəkili Corcio Assumma bildirib ki, ölən anadək onun huşu özündə olub. Sevimli xanımı Mariya ilə sağollaşıb, uşaqları və nəvələrinə ona göstərdikləri qayğıya görə təşəkkür edib. Vəkilin sözlərinə görə, bəstəkarın dəfni yalnız yaxınlarının iştirakı ilə keçəcək. 

E.Marikone 1928-ci il noyabrın 10-da Romada doğulub. Atası caz musiqiçisi, anası evdar xanım olub. Beş uşaqdan ən böyüyü olan Ennio 12 yaşında Romada Müqəddəs Çeçiliya konservatoriyasına daxil olub. O, burada 3 diplom alıb - truba (1946), alətlərdə ifa (1952), bəstəkarlıq (1954) üzrə.

Uzun karyerası ərzində E.Marikone İtaliya, İspaniya, Fransa, Almaniya, Rusiya, ABŞ istehsalı olan 400-dən çox film və teleseriallara musiqi bəstələyib. Bunların arasında "Sprut" serialı, "Bir dəfə Amerikada", "Zalım, pis, yaxşı" filmləri və s. adını çəkmək olar.

O, altı dəfə "Oskar" mükafatına namizəd olub, 2007-ci ildə isə kinematoqrafa verdiyi töhfələrə görə bu mükafata yiyələnib.

Xəbər lenti
0