Bu günü də gördük – “Cinssiz adamlar” gəlir

© AP Photo / Paul WhiteПредставители ЛГБТ-сообщества
Представители ЛГБТ-сообщества  - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil, mədəniyyət və Elm naziri İnqrid van Enqelsxoven parlamentə müvafiq məktub göndərərək 2024-2025-ci illərdə sənədlərdəki müvafiq bölmənin götürüləcəyini bildirib

BAKI, 6 iyul – Sputnik. Niderland şəxsiyyət vərəqələrində insanların cinsiyyətinin qeyd edilməsindən imtina etmək qərarına gəlib.

Sputnik Azərbaycan NU.nl-ə istinadla xəbər verir ki, Təhsil, mədəniyyət və Elm naziri İnqrid van Enqelsxoven parlamentə müvafiq məktub göndərərək 2024-2025-ci illərdə sənədlərdəki müvafiq bölmənin götürüləcəyini bildirib. Amma pasportlarda həmin bölmə qalacaq. Çünki bunu Avropa İttifaqının qanunları tələb edir.

Qeyd edək ki, Malta və Yeni Zelandiya vətəndaşlara pasportlarda cinsiyyətini göstərməməyə icazə veriblər.

Hollandiyadakı yerli cinsi azlıqların müdafiəsi təşkilatları çoxdandır ki, belə dəyişiklikləri tələb edirdilər. Van Engelsxoven iddia edir ki, sənədlərdə cinsiyyətin göstərilməsindən imtina heç bir nəticəyə səbəb olmayacaq. Onun sözlərinə görə, Hollandiyada artıq elə adamlar var ki, sənədlərində cinsiyyətlə bağlı üçüncü bölməni doldururlar. Həmin bölmə “cinsiyyət müəyyən edilə bilməz” adlanır. Amma bunun üçün onlar məhkəməyə müraciət etməlidirlər.

Xəbər lenti
0