CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Boya fabrikindəki yanğından sonra hava: udduğumuz zəhərin miqdarı açıqlandı

© Photo : Ministry of Emergency Situations of the Republic of AzerbaijanBakıda Sobsan boya fabrikində yanğın
Bakıda Sobsan boya fabrikində yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Ərazidəki atmosfer havasının hazırkı vəziyyətinin öyrənilməsi məqsədilə bu gün fabrikə yaxın yaşayış məntəqələrində havadan təkrar nümunələr götürülüb və nəticəsi barədə əlavə məlumat veriləcək.

 

BAKI, 6 iyul — Sputnik. 4 iyul 2020-ci il tarixində Binəqədi rayonundakı "Sobsan" boya fabrikində baş vermiş yanğın zamanı fabrikə yaxın ərazilərdə havaya qatı tüstü yayılıb.

Sputnik Azərbaycan bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanğının ətraf mühitə təsirini müəyyənləşdirmək məqsədilə ETSN-in əməkdaşları dərhal hadisə yerinə yollanıb, ərazidə monitorinq keçirib və atmosfer havasından nümunələr götürüblər.

Aparılan analizlərin nəticələrinə əsasən, yanğının baş verdiyi ərazinin ətrafında dəm qazı 5,6, benzol 1,3, toluol 1,2, etil benzol 23,3, meta-ksilol 2,7, orto ksilol 2,4 dəfə yol verilən qatılıq həddini keçib.

Ərazidəki atmosfer havasının hazırkı vəziyyətinin öyrənilməsi məqsədilə bu gün fabrikə yaxın yaşayış məntəqələrində havadan təkrar nümunələr götürülüb və nəticəsi barədə əlavə məlumat veriləcək.

Xəbər lenti
0