CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda uşaq beşinci mərtəbədən yıxıldı

© Sputnik / Valeriy Melnikov / Mediabanka keçid"Xruşşovka" tipli bina
Xruşşovka tipli bina - Sputnik Azərbaycan
Abunə olmaq
2015-ci il təvəllüdlü azyaşlı eyvandan yıxılıb. Kəllə-beyin tramvası alan azyaşlı xəstəxanaya çatdırılıb

BAKI, 6 iyul — Sputnik. Bakıda 5 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə ötən gün saat 07 radələrində Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Həmin binada 5-ci mərtəbədə yaşayan 2015-ci il təvəllüdlü azyaşlı eyvandan yıxılıb. Kəllə-beyin tramvası alan azyaşlı xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir. 

Xəbər lenti
0