BAKI, 6 iyul — Sputnik. "Daha iki əməkdaşımızın COVID-19 testinin nəticəsi pozitiv olub. Bunlar Fikrət Adıgözəlov və Rövşən Binnətlidir".
Sputnik Azərbaycan bildirir ki, bunu APA-ya “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib.
N. Rəfiyeva koronavirusa yoluxmuş hər iki əməkdaşın xəstəxanaya yerləşdirildiyini bildirib: “Hazırda AzTV-də əməkdaşlar növbəli rejimdə çalışırlar. Əvvəl 1000 nəfər işçi çalışırdısa, indi onun sayını daha da azaltmışıq".
Qeyd edək ki, daha öncə AzTV-nin 7 əməkdaşının koronavirusa yoluxduğu barədə məlumat yayılmışdı. Onlardan
İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Samir Nemətzadə iyulun 1-də, Kinoproqramlar və dublyaj baş redaksiyasının baş redaktoru Etibar Babayev isə iyulun 3-də dünyalarını dəyişiblər.