Gürcüstan yenidən qaydaları sərtləşdirir

© REUTERS / Irakli GedenidzeСитуация в связи с эпидемиологической обстановкой в Грузии
Ситуация в связи с эпидемиологической обстановкой в Грузии  - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanda son bir sutka ərzində  yeni növ koronavirusa (COVID-19) 5 yoluxma halı qeydə alınıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 951 nəfərə çatıb

BAKI, 5 iyul – Sputnik. Gürcüstanda koronovirus pandemiyası ilə əlaqədar bir sıra qadağalar sərtləşdirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Gürcüstan hökuməti və epidemioloqlar əhalinin qadağalara ciddi riayət etməyə çağırıblar.

Госпиталь COVID-19 в Центре мозга и нейротехнологий ФМБА России - Sputnik Azərbaycan
RUSİYA
Rusiyada yoluxanların sayı 680 mini keçdi

Hazırda Gürcüstanda qapalı məkanlarda, ictimai yerlərdə, ofis və mağazalarda tibbi maska taxmaq və sosial məsafə saxlamaq məcburidir.

Eyni zamanda ictimai nəqliyyatda kondisionerlərin və digər soyuducu vasitələrin quraşdırılması, habelə maskasız ictimai nəqliyyata əyləşmək, qapalı məkanlarda mədəni kütləvi və idman tədbirlərinin keçirilməsi, 10 nəfərdən artıq adamın iştirakı ilə ənənəvi tədbirlərin (toy, nişan, hüzur, yubiley və s.) keçirilməsi qəti qadağandır.

Bundan başqa ölkədə təhsil prosesi məsafədən idarə olunmaqla onlayn keçirilir, kazino və totalizatorların fəaliyyəti də qadağan olunub.

Taksi sürücüləri hökmən maska geyinməli, iki nəfərdən artıq sərnişin götürə bilməzlər. Sərnişinlər isə arxa oturacaqlarda oturmalıdır.

Bu qaydaları pozan fiziki və hüquqi şəxsləri ciddi cəzalar gözləyir. Qaydaları təkrar pozan şəxslər isə hətta azadlıqdan məhrum edilə bilərlər.

Qeyd edək ki, Gürcüstanda son bir sutka ərzində  yeni növ koronavirusa (COVID-19) 5 yoluxma halı qeydə alınıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 951 nəfərə çatıb. Ölkədə koronavirus səbəbi ilə hazırda 3569 nəfər karantində saxlanılır, 99 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 828 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.

Xəbər lenti
0