CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaragünlü neft rayonu: Neftçalanın min dərdi var idi, biri də üstünə gəlib

© Sputnik / Irade JELILNeftçaladan reportaj 2
Neftçaladan reportaj 2 - Sputnik Azərbaycan
Abunə olmaq
Əvvəllər rayon ərazisində balıqartırma zavodları olub, bəzi sakinlər burada çalışaraq dolanırmış. İndi zavodlar bağlanıb və bu, insanların yaşayışına mənfi təsir göstərir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. "Xəzri küləkləri zamanı Xəzərin suyu Kürün suyuna qarışardı. Amma bu bir gün və ya bir neçə saat davam edərdi. İndi baş verən nəsə qəribə hadisədir. Belə uzun müddətli hadisə indiyədək olmamışdı".

Bu sözləri son günlər Kür çayının suyunun çəkilməsi barədə Sputnik Azərbaycan-a danışan Neftçala rayonu, Mayak kəndinin sakini deyib.

Qeyd edək ki, son günlər Kür çayı ətrafında yaranmış problemlərdən ən çox ziyan çəkən rayonlardan biri də 80 yaşlı Neftçaladır. Neftçala Bakıdan 140 kilometr uzaqlıqda yerləşir. Rayonun 48 kəndi var. Ancaq rayon əhalisi daha çox Xıllı, Bankə, Həsənabad kəndlərində məskunlaşıb.

© Sputnik / Irade JELILNeftçala rayonu Bakıdan 140 kilometr uzaqlıqda yerləşir
Qaragünlü neft rayonu: Neftçalanın min dərdi var idi, biri də üstünə gəlib - Sputnik Azərbaycan
Neftçala rayonu Bakıdan 140 kilometr uzaqlıqda yerləşir

Salyan rayonunda Kürün üzərindəki körpüdən keçərkən, çayın suyunun xeyli azaldığı, kənarlarının susuzluqdan çat-çat olduğu müşahidə edilir. Onsuz da problemlərinin sayı-hesabı olmayan neftçalalılar, son günlər bir də susuzluqla üzləşiblər. Rayon sakinlərinin dediyinə görə, ən çox işsizlik, sosial yardımları ala bilməmək və su problemindən əziyyət çəkirlər.

Tarixçi Namiq Nəsirovun sözlərinə görə, qədim mənbələrdə Kür çayının mənsəbində (indiki Mayak kəndi ərazisi) parfiyalılara aid bir şəhər olub. Araşdırmalar zamanı şəhərin aşkar edilən qalıqları hazırda Şirvan milli parkının muzeyində saxlanılır.

© Sputnik / Irade JELILNeftçala rayonunda Kür çayına mənzərə. Son aylar Azərbaycanın ən böyük çayında suyun səviyyəsi kəskin azalıb.
Qaragünlü neft rayonu: Neftçalanın min dərdi var idi, biri də üstünə gəlib - Sputnik Azərbaycan
Neftçala rayonunda Kür çayına mənzərə. Son aylar Azərbaycanın ən böyük çayında suyun səviyyəsi kəskin azalıb.

Tarixçi bildirir ki, rayona bu ad neft yataqları ilə zəngin olduğu üçün verilib. Neft yataqları ötən əsrin əvvələrində aşkar edilib və bununla əlaqədar olaraq, fəhlələrin yaşaması üçün Trest və Qəsəbə adlı böyük yaşayış məntəqələri salınıb. Hazırda bu məntəqələr birləşdirilib və Mayak adlandırılır:

"Tarixi mənbələrə görə, Neftçala ərazisində neft qədim zamanlardan olub. Məsələn, ərəb coğrafiyaşünas 930-cu ildə yolunu buralardan saldıqdan sonra "Yollar və ölkələr" adlı kitab yazıb. Kitabda qeyd edib ki, Bakıda və Muğanda neft yataqları var. Həmin vaxtlar sakinlər nefti möcüzə hesab edir, sağlamlıqları üçün istifadə edirlərmiş".

Ancaq Neftçalada neft qazıntılarına 1840-cı illərdə başlanılıb. Bu gün isə Neftçala əhalisi əsasən heyvandarlıqla dolanır.

© Sputnik / Irade JELILNeftçalada heyvandarlıq təsərrüfatı
Qaragünlü neft rayonu: Neftçalanın min dərdi var idi, biri də üstünə gəlib - Sputnik Azərbaycan
Neftçalada heyvandarlıq təsərrüfatı

Kənd sakini Əlfağa Hüseynov danışır ki, Naftçalaya əvvəllər el arasında "nöyütxana" deyirlərmiş: "Rayonun müxtəlif adları olub. Boyat, Çala, Pirətavan deyiblər. Neftçala adı 52-ci ildə verilib, əvvəllər Xanqışlağı da deyiblər. Şirvan xanlığı dövründə (1747-1820) indiki rayon ərazisi Salyan mahalının tərkibində olub.", - deyə rayon sakini bildirib.

Ə.Hüseynovun sözlərinə görə, Kürün mənsəbi Neftçala rayonunun "Mayak" kəndindədir. Burada Kür Xəzərə tökülür. Hazırda Kürün səviyyəsi aşağı endiyi üçün Xəzər Kürə qarışıb.

Kənd sakini deyir ki, belə hadisələr ara-sıra baş verirmiş:

"Xəzri küləkləri zamanı Xəzərin suyu Kürün suyuna qarışardı. Amma bu bir gün və ya bir neçə saat davam edərdi. İndi baş verən nəsə qəribə hadisədir. Belə uzun müddətli hadisə indiyədək olmamışdı", -deyə kənd sakini bildirir.

© Sputnik / Irade JELILKür çayının suyu Xəzərin suyu ilə qarışıb
Qaragünlü neft rayonu: Neftçalanın min dərdi var idi, biri də üstünə gəlib - Sputnik Azərbaycan
Kür çayının suyu Xəzərin suyu ilə qarışıb

Rayon sakinlərinin sözlərinə görə, əvvəllər rayon ərazisində balıqartırma zavodları olub. Bəzi sakinlər elə bu zavodlarda çalışaraq dolanırmış. İndi zavodlar da bağlanıb. Bu da onların yaşayışına mənfi təsir göstərir. Elə ailələr var ki, çox çətinliklə dolanır.

Neftçala rayonunun iqlimi yarımsəhra, quru çöllükdür. Qeyd edək ki, Şirvan Milli Parkının bir hissəsi Neftçala ərazisinə düşür.

Neftçala şəhər mərkəzi kiçikdir. Yollar isə ötən illərə nisbətən daha yaxşıdır. Bəzi yollar təmir edilib. Yol kənarları yaşıllıq olmasa da, ötən illərdəki kimi kələ-kötür, çala-çuxur deyil.

© Sputnik / Irade JELILNeftçalada Kürün üzərindən körpü
Qaragünlü neft rayonu: Neftçalanın min dərdi var idi, biri də üstünə gəlib - Sputnik Azərbaycan
Neftçalada Kürün üzərindən körpü

Yol kənarında müxtəlif kənd təsərrüfatı məhsulları satan alverçilərə, susuz qalmış iribuynuzlu mal-qaraya rast gəlmək mümkündür. Yeri gəlmişkən, Neftçaladakı kafelərdə qiymətlər münasibdir. Adam az gəldiyi üçün xidmət səviyyəsi də qaneedicidir. Neftçala deyəndə istər-istəməz yada balıq yeməkləri düşsə də, kafelərdə yaxşı balıq tapmaq olmur.

Xəbər lenti
0