Ermənistanda koronavirusa yoluxanların sayı 28 minə yaxınlaşır

© Sputnik / Denis Abramov / Mediabanka keçidСотрудники инфекционного корпуса, где лечат пациентов с COVID-19 в России
Сотрудники инфекционного корпуса, где лечат пациентов с COVID-19 в России - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanda isə daha 3 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 946-ya çatıb.

BAKI, 4 iyul — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 27900-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 580 nəfər artıb.

Ermənistanda son gündə daha 8 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 477-yə çatıb. Xəstəlikdən sağalanların sayı 15935 olub. Hazırda bu ölkədə olan 11331 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 3 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 946-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 11 milyonu keçib, 521 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0