Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Canet Cekson azərbaycanlı müğənniyə təşəkkür edib: Mahnımı gözəl oxuyursan

© © Willy Sanjuan/Invision/APАмериканская певица Джанет Джексон, фото из архива
Американская певица Джанет Джексон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı müğənni Ceksonun repertuarından oxuduğu mahnını sosial şəbəkədə paylaşıb və amerikalı pop ulduzu onun ifasını bəyənərək təşəkkür edib.

BAKI, 4 iyul – Sputnik, Kəmalə Əliyeva. Pop musiqisinin kralı Maykl Ceksonun bacısı, müğənni Canet Cekson azərbaycanlı müğənni Emin Eminzadəyə onun mahnısını yaxşı oxuduğu üçün müsbət rəy verib.

Eminzadə Sputnik Azərbaycan-a bildirib ki, o, Ceksonun repertuarından “Together Again” (Yenidən bir yerdə) mahnısını oxuyub.

Azərbaycanlı müğənni çoxdan Canet Cekson yaradıcılığının pərəstişkarıdır. Lakin bütün dünyada məşhur olan amerikalı həmkarının hitini ilk dəfə oxumaq qərarına gəlib.

Eminzadə Instagram profilində öz çarxını paylaşıb və postunda Ceksonu işarələyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от EMIN EMINZADA (@emineminzada)

Müğənni etiraf edib ki, Ceksonun ifaya reaksiya verməsi onun üçün gözlənilməz olub. O, Eminzadəyə onun kompozisiyasını çox gözəl səsləndirdiyinə görə təşəkkür edib.

Xatırladaq ki, bundan əvvəl Canet Cekson Eminzadənin ABŞ-da irqçilik təzahürlərinə qarşı etirazını dəstəkləmişdi.

Canet Cekson amerikalı müğənni, mahnılar müəllifi, prodüser, rəqqasə, kino və televiziya aktrisası, dünya şöhrətli pop ulduzu Maykl Ceksonun bacısıdır. O, Ceksonlar ailəsinin ən kiçik övladıdır. İlk dəfə səhnəyə yeddi yaşı olanda, 1976-cı ildə "The Jacksons" serialına çəkilərkən çıxıb. "Billboard" jurnalının məlumatına görə, Canet müasir pop musiqisi tarixində albomları ən çox satılan sənətçilər siyahısındadır. Onun indiyədək bütün dünya üzrə 100 milyon nüsxədən çox albomu satılıb.

Emin Eminzadə Qazaxıstanda keçirilən "Qızıl mikrofon" müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Elia Catalano və 2012-ci İspaniyada təşkil olunan Opus müsabiqələrində iştirak edib.

O, Bakıda məşhur İtaliya müğənnisi Robertino Loretti ilə eyni səhnəni bölüşərək onunla "Jamayka" və "O Sole Mio" kompozisiyasını duet oxuyub. Dünya şöhrətli ulduz bu ifadan sonra Eminzadəni "Azərbaycanın Robertinosu" adlandırıb.

O, hətta ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil almaq üçün təqaüd qazanmağa müvəffəq olub və Texasda təhsil alıb. Emin Eminzadə daha sonra Amerika Musiqi və Dram Akademiyasına daxil olub və oranı bitirib. Hazırda gənc müğənni Azərbaycanda, Türkiyə və ABŞ-da karyerasını davam etdirir. Müğənninin adı "Azərbaycanın gənc ifaçılarının qızıl kitabı"na düşüb.

Xəbər lenti
0