CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rayonlara gediş-gəlişin bərpa olunması və polis postları barədə məlumat verildi

© Sputnik / Ilham MustafayevAğstafa şəhərində xüsusi rejimə nəzarət üçün qurulan polis postu
Ağstafa şəhərində xüsusi rejimə nəzarət üçün qurulan polis postu - Sputnik Azərbaycan
Abunə olmaq
Müəyyən səviyyəyə endikdən, narıncı zonanın sarı zona statusunu almasından sonra təbii ki, rayonlararası hərəkət də açılacaq

BAKI, 3 iyul – Sputnik. “Rayonlara gediş-gəlişlə bağlı məsələ müzakirə olunurdu. Lakin epidemioloji sahədə ixtisaslaşan insanların əsas fikri ondan ibarətdir ki, istənilən epidemiyanın qarşısını almaq üçün o epidemiyanın lokallaşdırılması və izolyasiya olunması ilə həyata keçirilir”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib.

Bakıda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rayonlardan Bakıya gedənlər ailə üzvlərini apara bilməyəcəklər?

Onun sözlərinə görə, pandemiyanın qarşısının alınması üçün hər bir virusa yoluxan insanın tapılması və izolyasiya olunması, özünütəcridi təmin edilməlidir: “Bunu etməsək, pandemiya daim davam edəcək. Təsəvvür edin ki, 10 nəfər xəstələnibsə, onun 9-u sağalıb, 1 nəfər qalıbsa, o artıq 13 gündür xəstədir, 14-cü gün sağalacaq, o adam həmin gün gedib marketdə 10 nəfəri də yoluxdursa, bu o deməkdir ki, biz yenidən ilk günə qayıtdıq. Bu, çox vacib məsələ olduğu üçün rayonlara gediş-gəlişin açılması koronavirusun yayılmasının təşviq edilməsi kimi bir şeydir. Bu zaman virus bütün rayonlara yayılacaq, onun nəzarətə götürülməsi də çətinləşəcək. Başa düşürəm ki, bu, hamını narahat edən məsələdir, amma bir az dözümlü olmaq lazımdır ki, koronavirusun yayılmasının qarşısı alınsın, lokallaşdırılsın, insanlar özünü təcrid etsin. Müəyyən səviyyəyə endikdən, narıncı zonanın sarı zona statusunu almasından sonra təbii ki, rayonlararası hərəkət də açılacaq”.

Şahmar Mövsümov şəhərdə polis postlarının götürülməsindən də danışıb. Onun sözlərinə görə, əsas məsələ insanların avtomobillə hara getməsidir: “Supermarketlər və digər yerlərdə, yəni son məntəqələrdə yoxlamalar təşkil olunacaq. Sabahdan etibarən xüsusi patrul xidmətləri 5 nəfərdən artıq toplaşmanın qarşısının alınması üçün fəaliyyətə başlayacaq. Eyni zamanda seçim üsulu ilə avtomobillər dayandırılaraq, onlarda icazə olub-olmaması yoxlanacaq”.

Xəbər lenti
0