Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

TƏBİB sədri COVİD-19-un yeni əlamətlərini açıqladı

© REUTERS / EDGARD GARRIDOПациент с COVİD-19, фото из архива
Пациент с COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstəlik həm mərkəzi sinir sistemini zədələyə bilir, həm laxtalanma sisteminə çox ciddi təsir edir, müxtəlif orqanlarda tromboza səbəb ola bilir

BAKI, 3 iyul – Sputnik. “Son vaxtlar koronavirusa yoluxmanın xəstəliyi olmayan və yaşı gənc olanlarda da ağırlaşma ilə nəticələndiyinin şahidi oluruq”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, COVID-19 xəstəliyinin hazırda çox ciddi yeni klinik əlamətləri meydana çıxmaqdadır: “Xəstəlik həm mərkəzi sinir sistemini zədələyə bilir, həm laxtalanma sisteminə çox ciddi təsir edir, müxtəlif orqanlarda tromboza səbəb ola bilir. Diabet xəstələrində çox ağır patologiyalara səbəb olur. Genetik faktorlar burada çox önəmlidir. Xəstəliyin autoimmun xarakterdə keçməsi baxımından xəstəliyi ailələr şəklində ağır şəkildə keçirənləri görürük. Təəssüflər olsun ki, yoluxma sayı artdıqca və daha çox əhali arasında yayıldıqca ağır keçirilən halların da şahidi oluruq”.

Xəbər lenti
0