Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 3 iyul — Sputnik. Dövlət Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyində əməliyyat keçirir. Bu barədə Sputnik Azərbaycan-a DTX-dan daxil olan məlumatda bildirilir.
"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - deyə DTX-nın yaydığı məlumatda qeyd olunur.