BAKI, 3 iyul — Sputnik. Alkoqollu içkilərdən sui-istifadə etmiş, amma sonradan bu vərdişdən əl çəkən insanlar xüsusi pəhrizlə qaraciyərlərini yenidən bərpa edə bilərlər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, zərərli vərdişin qalıqlarını şəkər, yağ, un, qızardılmış və duzlu qidalardan tamamilə imtina etməklə aradan qaldırmaq olar. Bütün bunlar qaraciyər problemini daha da ağırlaşdıra bilər.
Onları tərəvəz şorbaları, pəhriz quş əti, turş olmayan tərəvəz və ya meyvələrlə əvəz edə bilərsiniz. Ancaq pəhrizlə yanaşı idman və siqaretdən imtina etmək lazımdır.
Həkimlər xatırladır ki, zədələnmiş qaraciyər bərpa qabiliyyətini itirir, lakin bəzən bərpa edilə bilər. Bunu etmək üçün düzgün bəslənmə və pis vərdişlərdən imtina etmək lazımdır.